Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan Dövlət Müstəqilliyin Bərpasının 30 illiyinə həsr olunmuş  ”Müstəqillik milli sərvətimizdir” mövzusunda onlayn tədbir keçirib

18.10.2021

18 oktyabr 2021-ci il tarixdə Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan Dövlət Müstəqilliyin Bərpasının 30 illiyinə həsr olunmuş  "Müstəqillik milli sərvətimizdir" mövzusunda onlayn tədbir keçirib.Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Güldərən İbrahimova ilk öncə Dövlət Müstəqilliyimizin Bərpasının 30 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi.Sonra müstəqilliyimizin tarixindən, əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlər barədə danışdı. Bildirdi ki, Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik uzaqgörənliyi sayəsində dağılmaq və parcalanmaqdan xilas olan Azərbaycan məhz Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində durmadan inkişaf etməklə daha da güclənib, regionun qüdrətli lider dövlətinə çevrilib.
Tədbirdə mövzu ətrafında çıxış edənlər qeyd etdilər ki, biz müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edirik.
Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsinin 30 illiyini yüksək əhval-ruhiyyə ilə qeyd edən xalqımız Zəfəri bizlərə yaşadan ölkə Prezidenti İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını ifadə edir. Qanları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qəhrəmanlıq, şücaət göstərən qazilərimizə Allahdan şəfa diləyirik.
 Tədbirdə Vətənimiz Azərbaycana həsr olunmuş şeirlər səsləndirildi.